fbpx

Azərbaycanı Pekində kim təmsil edəcək?

BEY MEDIA İnformasiya agenti xəbər verir


Fevralın 4-dən 6-dək “Pekin-2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək nümayəndələr arasında Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yer alıb.

Qeyd edilib ki, Si Cinpin açılış mərasimində iştirak edəcək xarici dövlət və hökumət başçıları, kral ailələrinin üzvləri və beynəlxalq təşkilatların rəhbərləri üçün ziyafət təşkil edəcək.

Açılış mərasimində iştirak edəcək qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Polşa Prezidenti Andjey Duda, Serbiya Prezidenti Aleksander Vuçiç, Pakistanın Baş naziri İmran Xan, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax, BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus və digər dövlət və hökumət rəsmiləri var.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin