fbpx

“Azərbaycanın ərazi bütövlüyü ən önəmli məsələlərdən biridir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Ordumuz Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı antiteror əməliyyatına başlayıb.

Hazırda cəmiyyətdə antiterror tədbirinə münasibət olduqca yüksək səviyyədədir. Bu barədə Metbuat.az-a fikirlərini bölüşən “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova bildirdi ki, Noyabr sazişinə əməl etməyən, bütün beynəlxalq hüquq normalarının üzərindən xətt çəkən Ermənistana qarşı belə addım atmağa ciddi ehtiyac var idi:

“İki gün bundan qabaq Azərbaycanın ərazisində təmir, tikinti və bərpa işləri aparan insanlar mina terroruna qurban getdilər. Həmin tarixlərdə polis əməkdaşlarımız da bu terrorun qurbanları oldu. Ermənistan tərəfi Azərbaycanın heç bir şərtini qəbul etməməklə bərabər Qarabağda yaradılmış hərbi xuntaya seçkilər keçirərək qondarma rejim yaratmağa cəhd etdilər.

Rüya tabirlerini burdan oku

Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi üçün verilən qərar olduqca vacib idi. Azərbaycan vətəndaşları istənilən milli məsələdə dövlətin yanında olduqlarını nümayiş etdirir. Bizim xalq fərqli düşüncəyə sahib bir toplumdur. Söhbət milli mənafe, torpaq, Qarabağ və eyni zamanda bizə qarşı başqa bir ölkənin törətmək istədiyi hər hansı bir təhlükə barədə olarsa, biz bayrağımız altında birləşməyi yaxşı bacarırıq”.

Xalqımızın vətənpərvərlik hisslərinin çox yüksək olduğunu vurğulayan Günel Səfərova qeyd etdi ki, bütün dünya həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsi zamanı 30 il müddətində torpağımızın işğal altında qalmasına rəğmən apardığımız mübarizənin şahidi oldu:

“Azərbaycan xalqı qəhrəman xalqdır. Çünki bizim torpağımızı düşməndən azad edən zaman şəhid olan çoxlu igidlərimiz olub. Hər birimizin ən ümdə arzusu Azərbaycan oğullarının, övladlarının yaşaması, dövlət, ölkə üçün yaratmasıdır. Kiçikdən böyüyümüzə qədər hər birimiz anlayırıq ki, Azərbaycanın torpaq, ərazi bütövlüyü ən önəmli məsələlərdən biridir.

Tarixə baxanda görürük ki, ilk dəfədir ki Azərbaycan tarixində biz öz ərazi bütövlüyümüzü, suverenliyimiz uğrunda bu qədər böyük mübarizə aparırdıq. Düşünürəm ki, bu da hələ də davam edəcəkdir. Bu gün hər bir vətəndaş bu məsələdə ordusunun, Ali baş Komandanın və həmin o vuruşan əsgərlərimizin yanındadır. Torpaq bütövlüyümüz uğrundan canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirəm”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #ərazi #bütövlüyü #ən #önəmli #məsələlərdən #biridir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu