Azərbaycanın 14 hərbçisi Türkiyədə məzun oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Silahlı Qüvvətlərinin 14 hərbçisi Türkiyədə 2021-2022-ci il Təhsil və Təlim müddətini başa vuraraq məzun olublar.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi Tvitterdə məlumat yayıb.
Bildirilib ki, Türkiyə Jandarma Logistika, Texniki və Köməkçi Şöbələr Təhsil Mərkəzi Komandanlığından məzun olanlara diplomları verilib.
Mərasimdə səfirliyinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və digər şəxslər iştirak edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.