fbpx

Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu gün Azərbaycanın altı cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Metbuat.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) – Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rövşən Əliyev bu raundda Daniel Lautgeb (Avstriya) – İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Rüya tabirlerini burdan oku

66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Yevgeni Qonçarkonun, İbrahim Əliyev Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjeslə (Niderland) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu