fbpx

Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürən Böyük Dəbilqədə mübarizəyə başlayır.

Metbuat.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan Bayramov Aybek Omirov (Türkmənistan) üz-üzə gələcək.

66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilinin (BƏƏ) müqavimətini qırmağa çalışacaq.

Rüya tabirlerini burdan oku

Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla (Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə (Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland) münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, 57 kq-dakı Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya) görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #cüdoçusu #mübarizəyə #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu