fbpx

Azərbaycanın beynəlxalq aeroportlarından sərnişin axını martda 2 dəfə artıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin mart ayında Azərbaycanın hava limanları 350 minə yaxın sərnişinə xidmət göstərib.

Bu barədə Metbuat.az-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Rüya tabirlerini burdan oku

Ümumilikdə ilin əvvəlindən bütün aeroportlarda sərnişin axını 886 min nəfər təşkil edib. Onların əksəriyyəti Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə gələn və gedən sərnişinlərdir – onların payı 79%-dir.

İlin əvvəlindən Bakı hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” 279 min və 86 min sərnişinə xidmət göstərib ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 40%-ni və 12%-ni təşkil edir.

Ötən ay 25 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib. Bakıdan ən populyar 10 istiqamətlər sırasına İstanbul, Dubay, Moskva, Tbilisi, Ankara, İzmir, Аbu-Dabi, Frankfurt, Küveyt və Doha daxildir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır. 2021-ci ildə hava limanını “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq agentliyi COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək “5 ulduzlu” reytinqə layiq görüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu