Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Metbuat.az xəbər verir ki, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanov (Bolqaristan) / Hektor San Roman Çaves (Kuba) cütünün qalibi ilə qarşılaşacaq. Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) sınağa çəkəcək.
81 kq-da yarışan Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə təsnifatdan başlayacaqlar. Onlar müvafiq olaraq Jim Heyjman (Hollandiya) və Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finalda Lidya Brançeva (Bolqarıstan) ilə görüşəcək.
Kişilər
73 kq
1/16 final. Rüstəm Orucov – Denislav İvanov (Bolqaristan) / Hektor San Roman Çaves (Kuba) cütünün qalibi
Təsnifat. Telman Vəliyev – Coşua Qrin (İrlandiya)
81 kq
Təsnifat. Elcan Hacıyev – Jim Heyjman (Hollandiya)
Təsnifat. Murad Fətiyev – Kedrik Kalonqa (Konqo Demokratik Respublikası)
Qadınlar
70 kq
Günel Həsənli – Lidya Brançeva (Bolqarıstan)
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçudan heç biri medal qazana bilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.