Azərbaycanın daha bir qadın güləşçisi finala yüksəldi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Metbuat.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində yer alan idmançının rəqibi polşalı Paulina Malqorzata Daniş olub.
Rəqibinə 6:1 hesabı ilə qalib gələn Əliyeva finala yüksəlib. O, həlledici qarşılaşmada serbiyalı Anna Fabian ilə üz-üzə gələcək.
53 kq-da çıxış edən Gültəkin Şirinova isə yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Görüş 6:6 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipina əsasən finala adlayıb. Şirinova isə bürünc medal uğrunda rumıniyalı Beatris Lonela Ferenti sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Elnurə Məmmədova (55 kq) finala, Şəhanə Nəzərova (50 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal görüşlərinə vəsiqə qazanıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.