fbpx

Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, xaker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa olunub.

Rüya tabirlerini burdan oku

Çerkassı xakerinin hücumları ölkə əhəmiyyətli obyektin infrastrukturunun kompüter sisteminin işinə qəsdən mane olmağa səbəb olub.

“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, – deyə nazirliyin məlumatında qeyd edilib.

Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Azərbaycanın #dövlət #qurumlarının #serverlərinə #hücum #edən #xaker #saxlanılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu