Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycanın enerji ehtiyatlarına tələbat artmaqdadır”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı xatırladıb ki, bu ilin fevralında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilib və bu iclasda gələcək addımlar və planlar müzakirə olunub.
“Lakin Avropadakı vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, – Prezident bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.