fbpx

“Azərbaycanın gələcəyi etibarlı gənc əllərdədir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Hər bir ölkədə uşaq və gənclərin mənəvi inkişafı o ölkədə cəmiyyətin və xalqın inkişafının göstəricisinə dəlalət edir. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra bu istiqamətdə mühüm sənədlər, konsepsiyalar qəbul edilərək, ölkə gənclərinin hərtərəfli inkişafına şərait yaradılıb. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq olunub.

İlk dəfə olaraq, strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib. Sənəddə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağ nəzərdə tutulur.

Mövzu barədə Metbuat.az-a ətraflı olaraq millət vəkili Arzu Nağıyev müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Rüya tabirlerini burdan oku

– Arzu müəllim ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün görülən işləri necə qiymətləndirirsiniz?

“Ümumiyyətlə, uşağın, gənclərin tərbiyəsi, fiziki və mənəvi inkişafı üçün ən mühüm amil məhz ailədir. Hər bir məsələ ailədən başlayır. Belə bir deyim var: “İnsan ya ailədə tərbiyə alır, ya düşdüyü mühitdə”. Ona görə də uşaqların inkişafı üçün ailədən çox şey asılıdır. Onların inkişafı, cəmiyyətə layiqli bir fərd olaraq inteqrasiya üçün lap körpəlikdən başlamaq lazımdır. Bunun üçün də təhsil ən vacib amil sayılır. Zənnimcə, Azərbaycanda kifayət qədər bu işə diqqət yetirilir. Amma gənclərin gələcəkdə ixtisas seçimi də onların milli kadr kimi potensialına ciddi təsir edir. İnsan gələcəkdə hansı işi bacaracaqsa, ilk öncədən elə onun istiqamətini tapmalıdır. Son vaxtlar ən mühüm məsələlərdən biri peşə təhsili ilə bağlıdır. Əgər uşaqlar ali təhsilə yiyələnmək potensialını özündə görmürlərsə onlar müxtəlif peşə və sənət sahələrinə üz tutub peşəkarlaşa bilərlər. Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir. Sağlamlıq imkanları məhdud uşaqların real həyata uyğunlaşmasında və müstəqil yaşam vərdişlərinə yiyələnməsində məktəbəqədər təhsil müəssisələrinin əvəzolunmaz rolu vardır. Belə müəssisələrdə müvafiq kateqoriyadan olan uşaqların sosial, idraki, estetik inkişafı,sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara,sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi təmin edilməkdədir. Bu işdə qeyri-hökumət təşkilatlarının müvafiq fondlarının da rolu danılmazdır. Belə uşaqların əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasında isə ümumtəhsil məktəblərində aldıqları təhsil həlledici rol oynayır. Təhsil sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasının ən mühüm vasitəsi hesab olunur. Onların ümumi inkişafının təmin edilməsi fiziki və əqli xüsusiyyətlərinə uyğun olaraq təhsil almalarından çox asılıdır. Dövlət proqramında bu qəbildən olan uşaqların müxtəlifstatuslu təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı mühüm tapşırıqlar nəzərdə tutulmuşdur”.

– Təəssüflər olsun ki, bəzi şəxslər tərəfindən gənc nəsli təsir altına salma, milli kökə bağlılığın qırılması üçün fərqli təbliğat üsullarından istifadə edilir. Bunlara qarşı necə mübarizə aparmaq olar?

“Gənclərə düzgün istiqamət vermək lazımdır. Təbii ki, bizim gələcəyimizi yaxşı görmək istəməyən müvafiq qurumlar var. Onlar mütləq şəkildə çalışırlar ki, bir sıra proqramlarla gənclərimizin öz kökünə, soyuna bağlılığını məhv etsinlər. Burada da fərqli, fərqli yanaşma var. Hazırda informasiya dövrünü yaşayırıq. Bu gün informasiya hər bir məsələdən öndədir. Hər bir gənc də çalışır ki, öz bildiyi kimi hərəkət etsin. Ən mühüm məsələ odur ki, onlar doğru istiqamətə yönəlsinlər. Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Dövrün ən böyük bəlalarından olan narkomaniya, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər. Yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, şəxsiyyətin məhv olmasına və sosial tarazlığının pozulmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır. Fikrimizcə, hər bir gənclər təşkilatı milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik tərbiyəsinin formalaşması istiqamətində güclü təbliğat aparmalıdır”.

– Prezident İlham Əliyev müsahibələrindən birində vurğulamışdı ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Bu gün kifayət qədər böyük vəzifələrdə layiqincə vətəninə xidmət edən gənclərin peşəkarlıq səviyyəsi qənaətbəxş sayıla bilərmi?

“44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq böyükdən kiçiyə qədər hər bir vətəndaş bu müqəddəs savaşda Prezident İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk gənclər oldular. Bizdə heç də necə deyərlər, zəif gənclik yoxdur. Çünki 44 günlük müharibə bir daha göstərdi ki, ümumiyyətlə heç Qarabağda anadan olmayan və Qarabağ haqqında ancaq kitablardan, kütləvi informasiya vasitələrindən eşidən, görən gənclər necə bir vətənpərvər ruhda böyüyüblər. Bu övladlarımız Qarabağın fəth edilməsində, işğaldan azad olunmasında şücaətlər göstərdilər. Cənab Prezidentin apardığı kadr siyasəti əsasən gənclər üzərində qurulub. Gənclər son vaxtlar müxtəlif vəzifələrə təyin olunur. Bu gün Təhsil Nazirliyinin apardığı xaricdə təhsil islahatları nəticəsində onların gələcəkdə formalaşması üçün ciddi addımlar atılır. Son vaxtlar türk dövlətləri təşkilatlarının birləşməsi, eyni zamanda orduda və hərbi sistemdə gənclərin əməyinə görə zəhmətinə görə onların mükafatlandırılması çox mühüm əhəmiyyət kəsb edir. Unutmamalıyıq ki, uşaqlar, gənclər, gələcək genofondumuzu təşkil edir. Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasında cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi dayanır. Bu gün biz əminliklə deyə bilərik ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Bu istiqamətdə həm müəyyən strukturların üzərinə də böyük vəzifə düşür. Çünki bunlar hamısı bir vəhdətdir. Yəni, bu istiqamətdə iş paralel aparılmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq
və gənclərin fiziki və mənəvi inkişafı mövzusu” üzrə dərc olunub.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu