fbpx

​“Azərbaycanın gələcəyi etibarlı gənc əllərdədir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən birinin yeni nəslin nümayəndələrinə etimad göstərilməsi onların qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması olduğunu ifadə edən Cavid Osmanov hesab edir ki, gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir.

Rüya tabirlerini burdan oku

Millət vəkili Cavid Osmanov

“Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Ölkə başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Bütün bunlar isə Azərbaycanın gələcəyinə xidmət edən mühüm sərmayə hesab edilməlidir”.

Ölkə başçısı İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncamını xatırladan Cavid Osmanov vurğuladı ki, bu addım gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu ifadə edirdi.Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizi yada salan millət vəkili qeyd etdi ki, onlar adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.

“Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”.

Millət vəkili Vüqar İskəndərov gəncləri təbrik edərək vurğuladı ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən gənclik bizim 30 illik torpaq həsrətimizə son qoydu.

Millət vəkili Vüqar İskəndərov

“44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Əlbəttə, gənclərimiz bu gün də vətənpərvərlik nümayiş etdirir, təqdirəlayiq addımlar atırlar. Hələ də davam edən Laçın-Xankəndi yolundakı aksiyanı misal göstərmək olar. Bu aksiyanın 2 aya yaxın davam etməsinə baxmayaraq, gənc ekofəallar özməqsədlərindən dönməyi düşünmürlər. Bizim gənclərimiz vətəninin hər bir qarışına, hər bir daşına, qayasına sahib çıxmağı bilir. Uğurlu gənclər siyasətinin həyata keçirilməsi nəticəsində bütün sahələrdə gənclik öz sözünü deyir. Prezident İlham Əliyevin tez-tez müxtəlif platformalarda gənclərlə görüşməsi, onlara öz tövsiyələrini verməsi onlar üçün bir stimuldur. Gənclərimizin də ölkəmizin gələcəyi baxımındanüzərlərinə böyük yük düşür. Çünki hazırkı Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Bu Azərbaycanı da belə güclü saxlamaq və yaşatmaq gələcək nəsillərin əlindədir. Hazırkı durum isə onu göstərir ki, yetişən gənclər vətənini qorumağı, ölkəmizin inkişafı naminə əlindən gələni etməyi bacaran qüvvədir”.

Millət vəkili Cavanşir Paşazadə açıqlamasında ifadə etdi ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub.

Millət vəkili Cavanşir Paşazadə

Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamı ilə fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Bu gün gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı proqramlar həyata keçirilir. Gənclər Fondunun yaradılması və həyata keçirilən digər işlərin qayəsində məhz Azərbaycan gəncliyinin inkişafına töhfə vermək durub. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafında müstəsna xidmətlərə malikdir. Cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılıb, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıb. Biz əminliklə ifadə edə bilərik ki, Azərbaycanın gələcəyi etibarlı gənc əllərdədir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #gələcəyi #etibarlı #gənc #əllərdədir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu