“Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələri digər ölkələri narahat etməməlidir”
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib.
Metbuat.az xəbər verir ki, bu sözləri xarici işləri naziri Ceyhun Bayramov Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir. “Bu, ilk növbədə, həmin ölkələrin inkişafına, bölgəmizdə sülhə, sabitliyə xidmət edir”, – deyə o bildirib.
Nazir İsraillə iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulan layihələrin icrasının davam etdiyini söyləyib. Deyib ki, ötən il ticarət dövriyyəsi 85 faiz artıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #hər #hansı #bir #dövlətlə #yaxın #əlaqələri #digər #ölkələri #narahat #etməməlidir