fbpx

Azərbaycanın iki sablyaçısı əsas mərhələyə yüksəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın daha 2 qadın sablyaçısı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun əsas mərhələsində mübarizə aparacaq.

Metbuat.az-ın məlumatına görə, Səbinə Kərimova və Zərifə Hüseynova təsnifat görüşlərini qələbə ilə başa vuraraq, həlledici raunda yüksəlməyi bacarıb.

Qrupda 4 qələbəsi olan Kərimova ən güclü “64-lüy”ə çıxmaq uğrunda qarşılaşmada yerli idmançı Paola Pliegoya 15:8 hesabı ilə qalib gəlib. Hüseynova isə almaniyalı Julika Funkeni 15:13 hesabı ilə məğlub edib.

Dünya reytiqində 1-ci srada qərarlaşan Anna Başta isə mübarizəyə əsas mərhələdən başlayacaq. O, italiyalı Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq.

Qeyd edək ki, Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrupdan çıxsa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #iki #sablyaçısı #əsas #mərhələyə #yüksəldi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin