Azərbaycanın maye qaz ixracını artırıb, gəlirlər isə azalıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 2,7% çoxdur.
Metbuat.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,6 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 87,9% azdır.
Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #maye #qaz #ixracını #artırıb #gəlirlər #isə #azalıb