fbpx

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 7% artıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 495 mln. manat təşkil edib.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 mln. manat və ya 7% artıb.
Cari ilin iyun ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 3,9% və ya 3,3 mln. manat artaraq 86,9 mln. manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 2,3% və ya 2 mln. manat artıb.

Rüya tabirlerini burdan oku

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,3%-ni təşkil edib.

“Bu ilin yanvar-iyun aylarında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 1260,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari yarımildə real ifadədə 14,2% artıb”, – komitədən bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu