fbpx

Azərbaycanın Müstəqillik Günü Peruda qeyd edilib

BEY.AZ informasiya agentliyi xəbər verir

Perunun paytaxtı Lima şəhərində 28 May – Müstəqillik Günü və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi münasibətilə təşkil edilmiş rəsmi ziyafət baş tutub.

Bu barədə Metbuat.az-a Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Peru Konqresinin sədri Mariya Karmen del Alva Prieto, Konqresin Xarici Əlaqələr Komitəsinin sədri Ernesto Bustamante, Perunun yüksək səviyyəli rəsmiləri, Azərbaycan-Peru Parlamentlərarası Dostluq qrupunun rəhbərliyi və üzvləri, Lima şəhəri nüfuzlu reqionlarının bələdiyyə rəhbərləri, Peruda akkreditə olunmuş çoxsaylı səfirlər, diplomatik korpus nümayəndəlri, iş adamları, elmi-akademik dairələri və yerli KİV-in nümayəndələri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov tədbirdə çıxış edərək, 104 il əvvəl Şərqdə bütün vətəndaşların bərabər hüquqlarının təmin edildiyi ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışıb. O, müstəqilliyinin bərpa olunmasından sonra Azərbaycanın qısa müddət ərzində regional liderə çevrildiyi, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə malik olduğu, təşəbbüsü ilə dünya miqyaslı və dünyanın enerji və nəqliyyat xəritələrini dəyişmiş layihələrin reallaşdırılmasına nail olduğunu vurğuladı.

Eyni zamanda ölkəmizin beynəlxalq arenada artan nüfuzundan bəhs edilərək Perunun da üzvü olduğu Qoşulmama Hərəkatında sədrlik dövründə fəaliyyətinin bütün üzvlər arasında yüksək qiymətləndirildiyi qeyd olundu. Azərbaycanın multikultural və mədəniyyətlərarası dialoqa önəmli töhfə vermiş bir ölkə kimi tanındığı qeyd olundu.

Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının şücaəti nəticəsində otuz ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizin 44 günlük Vətən müharibəsi nəticəsində azad edildiyini vurğulayaraq, cari ildə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinin qeyd edildiyi və bu səbəbdən “Şuşa ili” elan edildiyini bildirdi. Təmsilçimiz şəhərin tarixi və mədəniyyəti barədə məlumat verərək erməni vandalizminin qurbanı olmuş Şuşada aparılan bərpa işləri, burada keçirilmiş beynəlxalq festival və digər tədbirlər barədə danışdı.

Səfir həmçinin Azərbaycan ilə Peru arasında münasibətlərdən söz açaraq onların həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli şəkildə davam etdirildiyini, o cümlədən Qoşulmama Hərəkatı və ölkəmizin müşahidəçi statusuna malik olduğu Sakit Okean Alyansı təşkilatlarında əməkdaşlığı qeyd etdi. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq və onun daha da inkişaf edilməsi potensialından söz açdı.

İki ölkə parlamentləri arasında əməkdaşlığın yüksək səviyyəsini xüsusilə vurğulayan nümayəndəmiz Peru Konqresinə münaqişə zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədərin qəbul edilməsinə görə Peru tərəfinə təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Peru XİN-in Avropa idarəsinin rəhbəri Maria Teresa Merino, Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xose Enrike Xeri və dostluq qrupunun üzvü, Konqresinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Ernesto Bustamante ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını vurğulayaraq, enerji, təhsil, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar. Sonra konqresmen Xose Enrike Xeri Azərbaycanın Müstəqilliyinin 104-cü ildönümü münasibətilə Peru Konqresində qəbul olunmuş təbrik bəyanatını ölkəmizin səfirinə təqdim edib.

Ziyafət zamanı qonaqlara Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə həsr olunmuş fotosərgi nümayiş olunub, Azərbaycanın milli mətbəxinin təamları təqdim edilib, ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarını barədə videoçarxlar göstərilib, həmçinin Azərbaycanın xalq və klassik musiqiləri səsləndirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin