Azərbaycanın Qazaxıstana qeyri-neft ixracı 2 dəfədən çox artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan Qazaxıstana 66 milyon 472 min dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib.
Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 34.2 milyon dollar çoxdur.
2022-ci ilin ilk 7 ayında Azərbaycandan Qazaxıstana 32.2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Qazaxıstan arasında olan ticarət dövriyyəsi illik müqayisədə 32% və ya 112.1 milyon dollar azalaraq 237.9 milyon dollara bərabər olub. Bu dövrdə Qazaxıstana ümumi ixrac 68.6 milyon dollar, Qazaxıstandan ümumi idxal isə 169.3 milyon dollar təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #Qazaxıstana #qeyrineft #ixracı #dəfədən #çox #artıb