fbpx

Azərbaycanın qeyri-neft ixracı ARTIB

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 2,2 milyard ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 14,6 % artıb.

Hesabat dövründə ölkənin yeyinti məhsulları üzrə ixracı 571,4 milyon ABŞ dollarına bərabər olub. O cümlədən elektrik enerjisi ixracı 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6 %, şəkər ixracı 17,9 %, meyvə-tərəvəz ixracı isə 7,4 % artıb.

Səkkiz ayda aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4 % artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 % artaraq 132,6 milyon ABŞ dolları dəyərində olub.

Cari ilin avqust ayında 203,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bunun da 51,4 milyon ABŞ dollarını (10,3 % artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #qeyrineft #ixracı #ARTIB

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin