fbpx

Azərbaycanın qeyri neft-qaz sektoruna investisiyalar 15 %-dək artıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-may aylarında əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az vəsait yönəldilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 % artıb. İstifadə olunmuş vəsaitin 2 milyard 829,6 milyon manatı və ya 57,6 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 799 milyon manatı (36,6 %-i) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 534,4 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52 %, büdcə vəsaitləri 34,4 %, əhalinin şəxsi vəsaitləri 6,8 %, sair vəsaitlər 5,1 %, bank kreditləri isə 1,7 % təşkil edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin