fbpx

Azərbaycanın səfiri İranın naziri ilə görüşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılması haqqında iki ölkə arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn işlərin icrası müzakirə edilib.

Tərəflər bu layihə çərçivəsində tikiləcək körpülərin texniki işlərinin yekunlaşdırılması və inşaat işlərinə tezliklə başlanmasının önəmini qeyd ediblər.

Rüya tabirlerini burdan oku

Bununla yanaşı, Rəşt-Astara dəmir yolu xəttinin və Astaraçay üzərində dəmiryolu yük terminalının tikintisinin davamı haqqında da fikir mübadiləsi aparılıb, həyata keçirilən bütün bu müştərək layihələrin iki qonşu və dost dövlət arasındakı iqtisadi-ticari əməkdaşlığın və xalqlararası münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəyi vurğulanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu