fbpx

Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı rejissor, Əməkdar incəsənət xadimi Fuad Hacıyev vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə aktrisa Məlahət Abbasova sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə. F.Hacıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Hacıyev Xalq artisti Rauf Hacıyevin oğludur. O, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı Türkiyədə də bir çox təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərib. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib.

Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #tanınmış #rejissoru #VƏFAT #ETDİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin