Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazandı
BEY.AZ informasiya agentliyi xəbər verir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Metbuat.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib – 3:0.
Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.
Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu – 6-cı sırada olan Estoniyanın xalı yoxdur.
25 mart
AVRO-2023, seçmə mərhələ
19:00. Azərbaycan – Estoniya – 3:0
Qollar: Musa Qurbanlı, 44; 66. Abdulla Xaybulayev, 88
Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. “Kapital Bank Arena”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.