Azərbaycanın voleybol millisi Türkiyəyə yollanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Avropa çempionatının seçmə mərhələsinə hazırlığı davam etdirən 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vuraraq bu gün Türkiyəyə yola düşüb.
Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, Eldar Əliyevin rəhbərlik etdiyi komanda məşqlərin son mərhələsini Türkiyədə keçəcək.
Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımız Ankarada hazırlıq çərçivəsində türkiyəli həmyaşıdları ilə də üz-üzə gələcək.
Komandamız Avropa çempionatının II təsnifat mərhələsinə ev sahibliyi edəcək Kosovoya isə mayın 19-da Türkiyədən yollanacaq.
Avropa çempionatının II təsnifat mərhələsində komandamızın heyətində Nikulenko Yegor, Rzazadə Mirəşrəf, Jenkel Ferhat, Verdizadə Mais, Qurski Roman, Məmmədov Mərdan, Həmidov Aslan, Bünyatov Yusif, Aşumov Emil, Əmirxanlı Emin, Ablou Amirmehdi və Həsənli Kənan çıxış edəcəklər. Milli komandamıza Eldar Əliyev rəhbərlik edəcək, Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin isə köməklik edəcəklər.
Qeyd edək ki, millimiz E qrupunda Kosovo, Niderland və Slovakiya ilə birgə gücünü yoxlayacaq. Komandamızın ilk matçı mayın 20-də start götürəcək. Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2022, Təsnifat mərhələsi:
E qrupu 20 may
21:00. Azərbaycan – Kosovo
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.