fbpx

Azərbaycanın xarici borcunun HƏCMİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ilin iyul ayının 1-nə qədər Azərbaycanın xarici borcları daxili borcları 1 milyard 606,6 milyon manat və ya 24.43 faiz üstələyib.

Metbuat.az Maliyyə Nazirliyinin illik hesabatına istinadən xəbər verir ki, bu dövrdə xarici dövlət borcu 6 milyard 576,9 milyon ABŞ dolları təşkil edib ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10,0 faizi həcmində olub.

Daxili dövlət borcu isə 4 milyard 970,3 milyon manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faiz həcmində olub. Daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.

Qeyd edək ki, hesabat dövründə dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edib ki, bu vəsaitlər dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərin 3,1 faizinə bərabər olub.
Bunun 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, o cümlədən 201,1 milyon manatı hökumət tərəfindən cəlb olunmuş xarici dövlət borcu üzrə faiz ödənişlərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin (faiz ödənişləri) təmin edilməsinə yönəldilib.

Rüya tabirlerini burdan oku

Hesabata görə, daxili dövlət borcunun 27,5%-i 1 illik, 52,1%-i 2 və 3 illik, 20,4%-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

Xarici dövlət borcu üzrə imzalanmış müqavilələr çərçivəsində cari ilin ilk altı ayı ərzində 113,3 milyon manat istifadə edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #xarici #borcunun #HƏCMİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu