“Azərbaycanla oyun mənim üçün çox dəyərli idi”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycanla oyun mənim üçün çox dəyərli idi”.
Metbuat.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Linus Valkvist AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
2018-ci ildən bəri ilk dəfə yığmaya dəvət edilən 27 yaşlı müdafiəçi bundan məmnunluq hissi duyduğunu bildirib: “Yenidən İsveç yığmasına çağırıldığım, Belçika və Azərbaycanla oyunlarda iştirak etdiyim üçün çox şadam. Nəinki uzun fasilədən sonra milliyə qayıtdım, hətta ilk dəfə Avropa çempionatının seçmə mərhələsinin oyununda start heyətində yer aldım. Belçika kimi güclü rəqibə qarşı oynamaq böyük təcrübədir. Ümumilikdə iki matçda 180 dəqiqə çıxış etdim. Bu, mənə əlavə motivasiya verdi”.
Qeyd edək ki, İsveç F qrupundakı ilk oyununda Belçikaya 0:3 hesabı ilə məğlub olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanla #oyun #mənim #üçün #çox #dəyərli #idi