fbpx

Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir neçə həftə əvvəl 79-cu “Venesiya Film Festivalı” çərçivəsində təqdim edilən “Banu” filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaellanın ötən axşam toyu baş tutub.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub.

Cütlüyün toyu paytaxtın dəbdəbəli restoranların birində baş tutub.

Rüya tabirlerini burdan oku

Açılışda Təhminə ilə Henri “O olmasın bu olsun” filmində səslənən Məşədi İbadın “Mən nə qədər qoca olsam da dəyərəm min cavana” musiqi sədaları altında rəqs ediblər. Bəyin milli rəqsin öhdəsindən məharətlə qəlməsi qonaqları heyran edib.

Diqqət çəkən məqam isə tort kəsilən zamanı Henrinin Təhminənin dodağından öpməsi olub.

Həmin anlar gecədə iştirak edən qonaqlar tərəfindən sosial şəbəkə hesablarında paylaşılıb.

Bununla yanaşı toyda dəvətlilər arasında Təhminənin bir sıra sənət yoldaşları iştirak edib.

Qonaqlardan biri isə “Banu” filmində Təhminənin anasını canlandıran Əməkdar artist Mələk Abaszadə olub. Sənətçi həmkarı ilə toyda çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, cütlüyə xoşbəxtlik arzu edib.

Gecənin musiqi qonaqları isə Xalq artistləri Zülfiyyə Xanbabayeva və Miri Yusif olub. Onlar sevilən mahnıları və hit duetləri ilə gecəyə rəng qatıblar. Aşiqlər isə onların ifaları sədaları altında rəqs ediblər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu