fbpx

Azərbaycanlı aktyorun öldürüldüyü anın görüntüsü yayıldı

BEY.AZ informasiya agentliyi xəbər verir

İstanbulda azərbaycanlı aktyor Kamran Dadaşzadənin ölümü ilə nəticələnən silahlı insidentin görüntüləri yayılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdən Fatih bölgəsində iki qrup arasında münaqişənin baş verdiyi və əraziyə gələn polisin onları sakitləşdirməyə çalışdığı görünür. Bu zaman tərəflərdən biri atəş açmağa başlayıb. Polis isə həmin şəxslərə qarşı silah tətbiq edib. Nəticədə 1-i polis olmaqla 7 nəfər xəsarət alıb. Yaralananlar arasında həmin ərazidən keçən Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub.

O, bir neçə il əvvəl Azərbaycanı tərk edərək Türkiyədə aktyorluq fəaliyyətini davam etdirib. Kamran Dadaşzadə Türkiyədə bir sıra seriallarda çəkilib, həmçinin tamaşalarda rol alıb.

Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar vadisi”, “Savaşçı”, “Kardeş payı” kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin