fbpx

Azərbaycanlı deputat – “Gələcəyin varsa, görəcəyin də var”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Fransanın xarici işlər naziri Ketrin Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Əgər o, Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə müdirinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O xatırladıb ki, Fransa XİN başçısı bugünlərdə öz tvitter hesabında vəzifəsinə və qadınlığına yaraşmayan cümlələr yazıb:

Rüya tabirlerini burdan oku

“Kolonna qeyd edib ki, Fransa ilk gündən Azərbaycanın Laçın yolunu “bağlamasını” pisləyir və bu, vəziyyəti gərginləşdirir və bu fikri çatdırmaq üçün aprelin sonunda Bakı və İrəvana səfər etmək niyyətindədir. Onun bu fikirlərini əndazəni aşmış hesab edirəm. Fransa onun bu fikirləri ilə özünü növbəti dəfə gülünc vəziyyətinə saldı”.

Deputatın sözlərinə görə, Ketrin Kolonna söylədiyi fikirləri ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur:“O söylədiyi fikirlərlə bilinmir ki, xarici işlər naziridir, yoxsa tələbə. Fransa hökumətinin başçısı anlamalıdır ki, bura Fransanın hökm edəcəyi Korsika adası, əsarət altında saxladığı ölkələr deyil, bura Qafqazın lider ölkəsi Azərbaycandır. Onların qarşısında həmin Azərbaycandır ki, Fransanın cinayətlərini ən böyük tribunadan bütün dünyaya səsləndirdi və üzr istəməyə çağırdı. Bu gün də Azərbaycan Fransanın yürütdüyü ikiüzlü, riyakar siyasətə öz etirazını bildirir və onlara yerini göstərir”.

Deputat qeyd edib ki, heç bir şəxs və bu xanım Azərbaycan ilə ultimatum dilində danışa bilməz:

“Heç kimin buna cürəti çata bilməz. Əgər bu qadın Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə rəisinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır. Hətta hesab edirəm ki, ümumiyyətlə onu qəbul etmək lazım deyil. Ona xatırladıram ki, sənin kimi bir çoxlarının bu kimi bəyanatlarını eşitmişik. Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Hesab edirəm ki, Fransa XİN başçısının mənasız, yersiz, həqiqətə uyğun olmayan bəyanatları bizim üçün əhəmiyyətsiz və boşboğazlıqdan başqa bir şey deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanlı #deputat #Gələcəyin #varsa #görəcəyin #də #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu