fbpx

Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili feysbuk səhifəsində məsciddən fotolar paylaşıb.

O bildirib ki, məscid İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir:

Rüya tabirlerini burdan oku

“Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”

Qeyd edək ki, iki azərbaycanlı deputat – Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu