fbpx

Azərbaycanlı gənc “Google”da işə qəbul olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanlı gənc Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti “Google”da işə qəbul olunub.

Metbuat.az xəbər verir ki, R.Rəhimli Bakı Ali Neft Məktəbinin məzunu olub.

Qeyd edək ki, o, 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü olub. Rəhim Rəhimli Ali Məktəbi 2018-ci ildə Fərqlənmə diplomu ilə və ixtisas birincisi olaraq bitirib.

Məlumat üçün bildirək ki, “Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkətdir. “Google” internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini “AdWords” proqramı ilə reklamlardan əldə edir. Şirkətin yaradılmasında məqsəd dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etmək olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin