Azərbaycanlı hakim Avropa çempionatına təyinat alıb
BEY.AZ informasiya agentliyi xəbər verir
FİFA dərəcəli hakim köməkçisi Pərvin Talıbov UEFA-dan təyinat alıb.
Metbuat.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında İsraildə keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarında hakim köməkçisi kimi iştirak edəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu ilin mayın 16-dan iyunun 1-dək İsraildə təşkil olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.