Azərbaycanlı iş adamını qətlə yetirən görün kim imiş
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynada gənc azərbaycanlı iş adamı Qəniyev Sənan Saday oğlunu qətlə yetirən şəxsin adı məlum olub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad məlumat yayıb.
Onun sözlərinə görə, hadisə məişət xarakterli münaqişə zəminində baş verib, yəni öncədən planlaşdırılmış şəkildə olmayıb:
“Bu xəbər bizi çox sarsıltdı. Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda, orada iş adamı kimi də fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var. Hadisə məişət xarakterli münaqişə zəminində baş verib. Yəni öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı Barut Məsutdur.
Hadisə təqsirləndirilən şəxsə aid olan iaşə obyektində baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şişlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumun ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib. Təqsirləndirilən şəxs barəsində cinayət işi açılıb və o, həbs olunaraq müvəqqəti təcridxanaya aparılıb. O, hazırda polis nəzarətindədir.
Mərhumun yaxınları ilə əlaqə saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.