fbpx

Azərbaycanlı politoloqun 8 il əvvəlki DƏQİQ PROQNOZU : Putin məğlub olsa…- VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər RusiyaUkrayna münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrdə Azərbaycan prezidenti, mərhum Heydər Əliyevin sabiq müşaviri Vəfa Quluzadənin 2014-cü ildə Rusiyanın Krımın işğalı ilə bağlı verdiyi şərh yayımlanıb.

Metbuat.az xəbər verir ki, Vəfa Quluzadə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə bildirir ki, Putin Rusiyada hakimiyyətdə olduğu müddətdə Kiyev – Moskva münasibətləri düzəlməyəcək. Mərhum politoloq qeyd edir ki, Ukraynada Qərbin dəstəyi ilə demokratik prezident seçiləcək. Putin də bunun əleyhinə olacağın bu vəziyyətə görə, Ukrayna-Rusiya münasibətlərində hər zaman gərginlik müşahidə ediləcək.

Politoloq qeyd edib ki, Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə bunun olduqca ciddi regional təsirləri olacaq. Nəticədə Rusiyada hakimiyyət dəyişiklikləri belə baş verə bilər. “Əgər Rusiya Ukraynada qələbə çalarsa, o zaman sovet imperiyası yenidən bərpa oluna bilər. Amma düşünmürəm ki, NATO bu hücumlar qarşılığında səssiz qalacaqdır. Biz Ukraynanın qələbəsinə maraqlı olmalıyıq”.

Qeyd edək ki, politoloqun təhlili bu gün sözün əsl mənasında baş verən Rusiya-Ukrayna münasibətləri fonunda aktuallığını nümayiş etdirir.

Metbuat.az həmin videonu təqdim edir:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin