“Azərbaycanlılar 24 saatda 3,5 ton yardım toplayıblar”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər. İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb. Bu yardım tezliklə Ukraynada olacaq”.
Metbuat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukda yazıb.
“Qardaş Azərbaycan xalqına təşəkkür edirik! Müharibəni birlikdə dayandıracağıq”, – diplomat qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.