fbpx

Azərbaycanlılar nəhəng yük gəmisini bilərəkdən batırıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


Tunisdə bu ay batan “Xelo” adlı gəminin heyət üzvləri – 4 türk, 2 azərbaycanlı və 1 gürcü həbs edilib.

Metbuat.az Röyters agentliyinə istinadən xəbər verir ki, buna səbəb gəminin heyət üzvləri tərəfindən bilərəkdən batırılmasına dair şübhələrin olmasıdır. İddialara görə, heyət üzvləri sığorta şirkətlərindən pul ala bilmək üçün yük gəmisini bilərəkdən batırıb. Məlumata görə, qəzadan sonra aparılan araşdırmalar zamanı gəminin yük yerində neft olmadığı məlum olub. Heyət üzvləri isə gəmidə 1000 ton neft olduğunu irəli sürmüş, hadisəyə tankerdə olan partlayışın səbəb olduğunu bildirmişdi. Araşdırma qrupu gəmidə partlayış əlamətlərinə də rast gəlməyib. Məhkəmənin qərarına görə, heyət üzvləri araşdırma başa çatana qədər həbsdə olacaq.

Qeyd edək ki, Ekvatorial Qvineya – Malta marşrutu üzrə üzən gəmi bu ay Tunisin Qabes sahillərində batıb. Heyət üzvləri isə xilas edilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin