“Azəriqaz” partlayışla bağlı daha bir MƏLUMAT YAYDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Goumet” restoranında gecə saatlarında partlayış baş verib. Partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur.
Bu barədə Metbuat.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Belə ki, müəssisənin daxilində propan qaz balonları (3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.