“Azəriqaz” Salyanda “Açıq mikrofon” aksiyası təşkil edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı Salyan rayonunda təşkil olunacaq.
“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, “Azəriqaz” İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137 (Mərkəzi Kitabxana) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Aprelin 27-si saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
“Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər”, – məlumatda qeyd olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.