fbpx

“Azərkosmos” ötən il 15 milyon manat mənfəət əldə edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 2021-ci ili 14,528 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2020-ci ildən 5,005 milyon manat zərərlə çıxmışdı.

Metbuat.az xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərdən gəlirləri 57,804 milyon manat (əvvəlki ilə nisbətən 6,4% çox), xidmətlərinin maya dəyəri 50,484 milyon manat (11,5% çox), ümumi və inzibati xərcləri 10,206 milyon manat (4,7% çox), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə zərəri 1,287 milyon manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 7,839 milyon manat (23,7% az), maliyyə xərcləri 16,428 milyon manat (20,2% az), xarici valyuta gəlirləri 12,326 milyon manat 12,326 milyon manat (19,5% az), digər gəlirləri isə 14,965 milyon manat (29,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 554,457 milyon manat olub ki, bu da illik müqayisədə 6,4% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 13,7% azalaraq 521,735 milyon manata, balans kapitalındakı 12,198 milyon manatlıq çatışmazlıq hissə 32,722 milyon manat kapitalla əvəz olunub.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 169,306 milyon manatdır. 100% dövlətə məxsus səhmdar cəmiyyəti Prezident İlham Əliyevin 2021-ci il aprelin 27-də imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu