fbpx

“Azərsu” ağacəkmə aksiyası keçirib – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir


Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qurumun Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyalarına başlanıb. Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ilk ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun zeytun və şam ağacları əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi fəal iştirak edib. Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Yubiley tədbirləri çərçivəsində digər idarə və müəssisələr, hidrotexniki qurğuların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərsu #ağacəkmə #aksiyası #keçirib #FOTO

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin