fbpx

“Azərsu” ASC-nin əməkdaşını tüfənglə təhdid edən şəxs TUTULDU

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərsu” ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edən Zülfüqar Mehdiyev tutulub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb: “Hazırda istintaq hərəkətləri davam edir. Əməldə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, hadisə 28 may qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbənin Paralellər adlanan küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Z.Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu