fbpx

​“Azərxalça” Zəfər günü münasibəti ilə yeni satış və nümayiş qalereyasının təqdimatını etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərxalça” ASC 8 noyabr Zəfər günü ərəfəsində həyata keçirilən tədbirləri sırasına öz tarixinin ikinci ən böyük satış və nümayiş qalereyasının açılışını əlavə edib.

Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, milli dəyərlərimizə hörmət və ehtiramla yanaşan “Four Seasons Hotel” və “Azərxalça” ASC əməkdaşlığı uğurla davam etdirilir. 4 noyabr 2022- ci il tarixindəxarici turistlərin çox baş çəkdiyi və şəhərimizin ən gözəl hotellərindən biri- “Four Seasons Hotel Baku” daxilində lobbi vitrininin açılışı baş tutub.

Açılışda Cəmiyyət və Hotel rəhbərliyi ilə yanaşı, media nümayəndələri, incəsənət xadimləri, ictimai xadimlər də iştirak ediblər.

Rüya tabirlerini burdan oku

Açılışı “Azərxalça” İdarə Heyətinin sədri Emin Məmmədov edib: “Söhbət ənənəvi sənətkarlıqdan gedirsə, Azərbaycanın çox zəngin irsi var. Məqsədimiz qədim adət-ənənələrimizi qorumaq və bununla da gələcək nəslin əcdadlarımızın dəyərli bacarıq və sənətlərindən həzz almasına imkan yaratmaqdır. Bu işdə biz sənətkarlığın və mədəniyyətin qorunub saxlanmasını əsas götürən brend – “Four Seasons Hotels and Resorts” ilə əməkdaşlıq etməkdən şərəf duyuruq”.

Butikə gələcək qonaqlar canlı şəkildə xalçaların necə yarandığının, bu çətin əl əməyinin pərdə arxası görüntüləri ilə tanış olacaq, canlı olaraq xalça toxuma prosesində həzz alacaqlar.

Bundan əlavə, “Azərxalça” ilə əməkdaşlıq çərçivəsində “Four Seasons Hotel Baku”nun foyesi 8 Noyabr Zəfər Günü münasibəti ilə görülən işlər çərçivəsində 4-18 noyabr tarixlərində heyrətamiz mərkəz elementi ilə bəzədiləcək.

Hər biri dünyaca məşhur 4 Qarabağ xalçasından (Çələbi, Malıbəyli, Xətai və Qasımuşağı) hazırlanmış dörd uçan Qarabağ atının instalyasiyası 30 illik işğaldan azad edilmiş qədim Qarabağ torpaqlarının unikal mədəniyyətinin dirçəlişini simvollaşdırır. Çarpışan Qarabağ atları dünyanın ən qədim və ən qiymətli cinslərindən olub Azərbaycan xalqının milli irsinin və qürurunun simvolu kimi təqdim olunur.

“Azərxalça”nın Yaradıcı qrupu Qarabağ lobbisinin instalyasiyasını konseptuallaşdırıb.

“İnstalyasiya böyük qələbədən sonra Qarabağın çiçəklənməsi və inkişafının simvolu kimi qaçan atların ifadəsini göstərir. Nümayiş olunan naxışların hər biri ölkəmizin zəngin tarixini əks etdirir, bəzi naxışlar XVII əsrə aiddir və Səfəvilər sülaləsi dövründə toxunmuşdur. Dizaynları butikimizdən əldə etmək olar”, – deyə Yaradıcı qrupun üzvləri şərh ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu