Azad edilən ərazilərdə 159 mina aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, fevralın 1-dən 28-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 63 mina və 601 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 379,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.