Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb
BEY MEDIA İnformasiya agenti xəbər verir
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.
ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.