fbpx

Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissədə iclas keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İşğaldan azad olunan ərazilərdə dislokasiya olunan N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rüya tabirlerini burdan oku

İclasda rüb ərzində görülən işlər, yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının, maddi-texniki təminatının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti təhlil olunub.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, həmçinin bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqları aidiyyəti üzrə çatdırılıb.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərmanla təltif olunublar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu