Azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəb və şagirdlərin sayı açıqlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
15 Sentyabr – “Bilik Günü” münasibətilə Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə olan elm və təhsil naziri Emin Əmrullayev bu il işğaldan azad edilən ərazilərdə fəaliyyətə başlayan məktəblər barədə məlumat verib.
Metbuat.az xəbər verir ki, bununla bağlı jurnalistlərin suallarını cavablandıran nazir deyib ki, bu tədris ilində Füzuli şəhər 1 saylı Mirzə Uluqbəy adına məktəbin, o cümlədən Laçında 2 saylı məktəbin açılışı oldu.
“Füzulidə hazırda 160-a yaxın şagirdimiz var. Amma, bu say hər gün artır. Çünki bu gün də Füzuli şəhərinə növbəti köç prosesi baş tutdu. Yəqin ki, bu tədris ili çərçivəsində şagirdlərin sayı 400-ə çatacaq. Eyni zamanda, Laçın şəhərində də bizim 140-a yaxın şagirdimiz var. Orada da artım gözləyirik. O cümlədən, Zabux qəsəbəsində də 100-dən artıq şagirdin bu tədris ilinin sonuna qədər təhsilə cəlb ediləcəyinə inanırıq. Zəngilanın Ağalı kəndində də məktəbin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird vardısa, artıq 120 şagirdlə bu tədris ilinə start verilib. Eyni zamanda, Tərtərin Talış kəndində də məktəbimizdə təhsil davam edir”, – nazir qeyd edib.
E.Əmrullayev onu da əlavə edib ki, bu il ərzində işğaldan azad edilən ərazilərdə yeni məktəblərin açılışı gözlənilir.
“Bu il ərzində daha çox məktəbin açılışını gözləyirik. Şuşa şəhərində 1 saylı məktəbin açılışını və ikinci yarım ildən etibarən tədrisin davam edəcəyini gözləyirik. Onu da qeyd edim ki, işğaldan azad edilən bütün bölgələrimizdə təhsil infrastrukturunun inkişaf etdirilməsi işləri davam edir”, – deyə nazir bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azad #edilən #ərazilərdə #fəaliyyətə #başlayan #məktəb #və #şagirdlərin #sayı #açıqlandı