Azad edilmiş ərazilərdə təməli qoyulan yaşayış məntəqələrinin sayı AÇIQLANDI
Keçən üç il müddətində işğaldan azad edilmiş ərazilərdə 31 yaşayış məntəqəsinin təməli qoyulub və quruculuq, bərpa işləri davam etdirilir.
BEY.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov deyib.
O bildirib ki, hazırda qarşıdakı müddətdə işğaldan azad edilmiş ərazilərə əhalinin köç prosesi davam etdiriləcək:
“Aparılan bərpa-quruculuq işləri bizim qarşımızda profillərə uyğun missiyalar qoyur. Bu şərəfli işin həyata keçirilməsində hər birimizə uğurlar arzulayıram”.