fbpx

Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zalları (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikilib istifadəyə veriləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Olimpiya İdman Komplekslərinin tikintisi 2023-cü il, universal idman zallarının inşası isə 2024-cü ildə başlayacaq.

Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək.

İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin