Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb
“Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb”.
Metbuat.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
“Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eyniləşməsini həyata keçirmişik. Proses hələ də davam edir”, – o qeyd edib.