fbpx

Azadlığa çıxan Kemi Sebadan ilk açıqlama



“Heç kim mübarizəmizi davam etdirməyimizə mane ola bilməz”.

BEY.AZ xəbər verir ki, bunu Fransanın müstəmləkə siyasətinə qarşı çıxan, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış aktivist və siyasi fəal Kemi Seba azadlığa çıxdıqdan sonra öz “X” sosial şəbəkə hesabında qeyd edib.

“Bizi dayandırmaq istəyənlər gözləməli olacaqlar. Biz onların planlarını pozuruq. Bizim yeganə məqsədimiz Afrika qitəsinin və onun diasporasının tam dekolonizasiyasıdır. Biz öz mübarizəmizi davam etdiririk və heç kim bizə mane ola bilməz”, – deyə o bildirib.

Qeyd edək ki, Kemi Seba oktyabrın 14-də Parisdə restoranda nahar edərkən polis tərəfindən saxlanılıb. O, bu gün azadlığa buraxılıb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin